Beyləqanda qəza 300 abonenti qazsız qoydu - Video

beyleqanda-qeza-300-abonenti-qazsiz-qoydu
Oxunma sayı: 1208

Beyləqan rayonunun Kəbirli kəndində VAZ-2107 markalı avtomobillə qəza törədilib və bu zaman yol kənarındakı qaz xətti də zədələnib.

"Azəriqaz" İB-dən "Qafqazinfo" ya verilən xəbərə görə,108 mm diametrində olan orta təzyiqli yerüstü qaz kəmərində qaz sızması qeydə alınıb.

Bu səbəbdən 300 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Hal-hazırda qəza briqadası hadisə yerindədir, müvafiq prasedurlar icra edilməklə fəsadlar aradan qaldırılır.