Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.
“Qafqazinfo” xəbər verir ki, Beyləqanda hər il olduğu kimi bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Xocalı Soyqırımının 33-cü ildönümünü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının bütün əməkdaşları, idarə, müəssisə təşkilat rəhbərləri və kollektivi, şəhid ailələri, qazilər, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri “Soyqırımı” abidə kompleksinə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.








Son xəbərlər
Son Xəbərlər