Beyləqanın icra başçısı rayon ağsaqqalları ilə görüşdü - Fotolar

beyleqanin-icra-bascisi-rayon-agsaqqallari-ile-gorusdu
Oxunma sayı: 2776

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon ağsaqqalları ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, ötən gün Tarix-Diyarşünaslıq muzeyinin akt zalında təşkil olunmuş görüşdə icra başçısının müavini və aparatın şöbə müdirləri də iştirak ediblər.

Rayon rəhbəri rayonun ağsaqqalları, ictimaiyyət arasında nüfuz və hörmətə malik insanlarla görüşməyin çox xoş olduğunu bildirib, qeyd edib ki, belə insanlarla fikir mübadiləsi etmək, məsləhət və təkliflərini öyrənmək işə müsbət təsir göstərə bilər.

Ə.Əzizov bildirib ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, vətənimizin davamlı inkişafında, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri var.

Görülən və görüləcək işlər barədə danışan rayon icra hakimiyyətinin başçısı onu da qeyd edib ki, görülən bütün səmərəli işlər bundan sonra da davam etdiriləcək.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov ağsaqqalların cəmiyyətin inkişafındakı mövqeyindən bəhs edib, rayon ağsaqqallarının adından ziyalılara, ağsaqqallara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Tədbirdə yaşlı nəslin nümayəndələri əldə edilən uğurlarla yanaşı, mövcud problemlərdən də bəhs edib və təkliflər səsləndiriblər. Sonda ağsaqqallar üçün nahar süfrəsi təşkil edilib.