Bəylikdüzündə lüks mənzillərin yeni ünvanı - Dəniz mənzərəli...+Fotolar

beylikduzunde-luks-menzillerin-yeni-unvani
Oxunma sayı: 3855

İstanbul şəhərinin Bəylikdüzü bölgəsində ən sərfəli qiymətlərlə lüks mənzilə sahib olmaq istəyənlər üçün fürsət yaranıb. “Batıbeyler Yapı”, “Exclusive Yapı” və “Tütüncü Yapı”nın ortaqlığı ilə inşa edilən Azur Marmara “Lüks yenidən yorumlanır…” şüarı ilə yeni həyat layihəsidir.

"Qafqazinfo" xəbər verir ki, binalar 6 blok, 442 mənzildən ibarətdir. Mənzillərin bir çoxunun içərisində özünə aid türk hamamı mövcuddur. Hələ Osmanlı dövründə şəfaverici havası olduğu üçün sanatoriya tikilmiş ərazidə inşa edilən “Azur Marmara” bol oksigen və Mərmərə dənizindən gələn yod qoxusu ilə sağlam həyat vəd edir. 

Ailəliklə dəniz kənarında vaxt keçirmək üçün də yaxşı mövqeyə sahib olan “Azur Marmara” "West İstanbul Marina”dan 750 metr uzaqlıqdadır. 

Havası, dənizi, hovuzları, şəlalələri, yürüş yolları, basketbol və futbol sahələri, fitnes salonu, hamam və saunaları ilə beş ulduzlu tətil kəndini xatırladan “Azur Marmara” sakit həyat arzu edənlər üçün də yaxşı alternativdir. 

Hər eyvanda mənzillərin olması və bəzi eyvanların böyüklüyünün 35 kvadrat metrə çatması layihənin digər üstünlüklərindəndir. Bundan başqa, mənzillərin eyvanları dəniz mənzərəlidir. 

“Azur Marmara” alış-veriş mövzusunda da iddialıdır. Layihənin küçə dükanları burada yaşayanlar üçün asan və keyfli alış-verişin ünvanı olacaq. 

“Azur Marmara” uşaqları da unutmayıb və layihədə onlara ayrı önəm verilib. İçərisində uşaq bağçasının olması və Bəylikdüzündə kitabxanası olan yeganə layihə olması bunun aydın sübutudur. 

“Azur Marmara” dənizə yaxınlığı, lüks dairələri və zəngin sosial həyatı ilə ev almaq istəyənlərin mütləq dəyərləndirməli olduğu seçimlər arasındadır. 

Adres :
Kavaklı Mh. / Havadar Sk. No. 15/1 
Beylikdüzü / İstanbul 34520 
Tel : 444 34 14 
İstanbul 34520 
Tel : 444 34 14 

http://azurmarmara.com/