Binəqədi polisinə müraciət edən Biləcəri qəsəbə sakini M.Babayeva cari il yanvarın 29-da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağından oğluna məxsus “Mercedes” markalı avtomobilin qaçırılmasını və fevralın 2-də həmin yerə qaytarılmasını bildirib.
“Qafqazinfo” xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdam rayon sakinləri olan 2 qardaş – T.Cəfərov və E.Cəfərov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla T.Cəfərovun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Son xəbərlər
Son Xəbərlər