Beynəlxalq Bankda qanvermə aksiyası keçirilib - Fotolar

beynelxalq-bankda-qanverme-aksiyasi-kecirilib
Oxunma sayı: 1529

Erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara cavab həmlələri zamanı yaralanmış hərbçilərimizin müalicəsinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankının Baş ofisində qanvermə aksiyası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, aksiyada Beynəlxalq Bank ilə yanaşı, “AzeriCard” prosesinq mərkəzinin və Beynəlxalq Sığorta Şirkətinin əməkdaşları da iştirak edib.

Mərkəzi Qan Bankının peşəkar həkimlərinin tibbi dəstəyi ilə təşkil olunmuş kampaniya zamanı ümumilikdə 134 nəfər qan verib.