“Beynəlxalq Bank”ın nümayəndəsi 12 milyonluq iddia qaldırdı

beynelxalq-bankin-numayendesi-12-milyonluq-iddia-qaldirdi
Oxunma sayı: 1065

Bakı Ağır Cinayətlər Məhkəməsində “Beynəlxalq Bank” işinə görə təqsirləndirilən Rauf Allahverdiyevin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. “Beynəlxalq Bank”ın nümayəndəsi mülki iddia verərək banka vurulan ziyanın 15 milyon manat olduğunu bildirib və bu puldan cəmi 3 milyon manat qaytarıldığını deyib. Buna görə də qalan 12 milyon manatın ödənilməsini tələb edib.

Hakim mülki iddianın icraata götürüldüyünü, bu barədə hökmdə qərar çıxarılacağını bildirib.

Cinayət işi məhkəmə baxışına qəbul edilib, proses yanvarın 11-də davam etdiriləcək.

İttihama görə, iş adamı R. Allahverdiyev “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından 15 milyon manat kredit götürüb və geri qaytarmayıb.

Murad Əhməd