Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanla bağlı dinləmələr keçirəcək

beynelxalq-edalet-mehkemesi-azerbaycanla-bagli-dinlemeler-kecirecek
Oxunma sayı: 3308

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraicəti üzrə dinləmələr keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məhkəmənin tviter hesabında paylaşım edilib.

"Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də Azərbaycan tərəfinin Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə etdiyi ikinci müraciətə baxacaq", - məlumatda qeyd olunur.

Qeyd edək ki, dinləmələr Sülh Sarayında keçiriləcək.