"Qafqazinfo"ya daxil olan məlumata görə, idman qayayadırmanması sahəsində təcrübəsi olan 50 nəfərdən çox yerli və xarici idmançıya bir həftə ərzində beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən təlim keçirilib. Düşərgədə idmançılar idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan professional bələdçilik üzrə biliklərə yiyələnib, nəzəri və praktik məşğələlərdə iştirak edib. Təlim müddətində, eyni zamanda Gürcüstan, İran, Türkmənistan, Türkiyə, və Azərbaycandan olan düşərgə iştirakçıları arasında təcrübə mübadiləsi aparılıb, idman dırmanması sahəsində müasir dünya təcrübəsi öyrənilib.
Tədbir ərəfəsində bir qrup iştirakçı “Qayalarımızı qoruyaq” adlı plakatı Şahdağ zirvəsinə qaldırıb.
Beynəlxalq Düşərgənin işini yekunlaşdırması ilə əlaqədar Beynəlxalq Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkas tərəfindən iştirakçılar üçün xüsusi təqdimat keçirilib.
Tədbirin sonunda təlim iştirakçılarına FAİREX-in və UİAA-nın sertifikatları təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər