Beynəlxalq Gənclər Düşərgəsi olacaq

beynelxalq-gencler-dusergesi-olacaq
Oxunma sayı: 670


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından “Qafqazinfo”ya daxil olan məlumata görə, 16-23 avqust tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) birgə təşkilatçılığı ilə Qusarın Ləzə kəndində marşrutqurma və bələdçilik üzrə Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq.  Təşkil olunacaq düşərgədə idman qayayadırmanması ilə məşğul olan 50 nəfər yerli və xarici idmançı iştirak edəcək.  1 həftə ərzində beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının qurulması, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan peşəkar bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnəcək.

İştirakçılar Təşkilat Komitəsi tərəfindən seçim əsasında müəyyən ediləcək.