“Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” - Bundestaqın deputatı

“Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”
Oxunma sayı: 2407

Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri, deputat Barbara Hendriks “Deutche Welle” kanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, Hendriks beynəlxalq hüququn Azərbaycanın yanında olduğunu, Ermənistanın isə beynəlxalq hüquq normalarına uyğun hərəkət etmədiyini qeyd edib.

O, “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları prosesində hər hansı bir ümid varmı?” sualına cavabında bildirib: “Düşünürəm ki, sülh prosesi üzərində dayanmadan işləmək lazımdır. Bu səbəbdən ATƏT Minsk qrupu üzvləri -Fransa, Rusiya və ABŞ-ı bu istiqamətdə çalışmalara davam etməyə çağırıb. Ancaq hər şeydən əvvəl hərbi toqquşmaların dayandırılmasına nail olmaq lazımdır”.

Hendriks daha sonra “Qeyd etdiyiniz ölkələr, yəni Fransa, ABŞ və Rusiya arasında geosiyasi müstəvidə anlaşılmazlıqlar mövcuddur. Necə düşünürsüz, bu üç ölkə Dağlıq Qarabağ münaqişəsində ortaq dil tapa biləcəklər?" sualını şərh edərkən qeyd edib: "Ən böyük problem ondan ibarətdir ki, Ermənistan yenə də beynəlxalq hüquqa uyğun addım atmağa razılaşmadı. Hazırkı gərginləşməyə görə kimin məsuliyyət daşıdığını deyə bilmərəm, ancaq birmənalı olaraq aydındır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi