Beynəlxalq Kiber Yay Məktəbinin açılışı oldu - Fotolar

beynelxalq-kiber-yay-mektebinin-acilisi-oldu
Oxunma sayı: 2915

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində növbəti Beynəlxalq Kiber Yay Məktəbinin açılış mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə DTX-nin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Təhsil Nazirliyinin rəhbər əməkdaşları, respublikanın aparıcı ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və digər aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.

İyulun 21-dək davam edəcək təlimlərdə məqsəd kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə sahib yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir.

Tədbirdə xarici ölkələrdən də yeniyetmələrin qatılması xüsusi vurğulanıb, yay məktəbinin gənclərin intellektual səviyyələrinin yüksəldilməsinə, innovativ düşüncələrinin təkmilləşdirilməsinə və onlar arasında bilik mübadiləsinin aparılmasına önəmli töhfələr verəcəyinə əminlik ifadə olunub.