“Qafqazinfo” xəbər verir ki,Azərbaycan İntellektual Klublar Assosiasiyasına 7 intellektual oyun klubu daxildir ki, bu klublarda da ümumilikdə 100-dən artıq komanda oynayır.
2013-cü il ərzində Azərbaycan İntellektual Klublar Assosiasiyası Kubokunun 4 mərhələsi keçirilib. Azərbaycanın 4 müxtəlif regionunda keçirilmiş bu turnirlər respublikanın cənubundakı Lənkəran, şimalındakı Şəki və qərb regionundakı Gəncə şəhərində intellektual oyunlara maraq yaranmasına təkan verib.
Assosiasiya Kubokunun finalı 2013-cü ilin dekabr ayında Bakı şəhərində keçirilib.
2014-cü il ərzində Azərbaycan İntellektual Klublar Assosiasiyası əvvəllər Azərbaycanda keçirilməmiş iki böyük turnirin – «Nə? Harada? Nə zaman?» oyunu üzrə I Bakı Marafonunun və «Fərdi oyun» üzrə Azərbaycan çempionatının təşkilatçısı olub. Assosiasiya Azərbaycanda intellektual oyunların inkişafına kömək edən və daha çox sayda gənclərin intellektual mühitə cəlb olunmasına təkan verən bir çox yeni layihələr həyata keçirməyi planlaşdırır.
Son xəbərlər
Son Xəbərlər