“Beynəlxalq Səhiyyə Sərgisi” olacaq

beynelxalq-sehiyye-sergisi-olacaq
Oxunma sayı: 910

Sentyabrın 18-dən 20-dək Azərbaycanın paytaxtı Bakı şəhərində “Baku Ekspo” sərgi mərkəzində “Beynəlxalq Səhiyyə Sərgisi” keçiriləcək.

"Qafqazinfo"ya daxil olan məlumata görə, sərgidə bir çox ölkələrlə bərabər Latviya da iştirak edəcək. Latviya “Beynəxalq Səhiyyə Sərgisi”ndə bu ölkənin aparıcı “Baltic Care tibbi turizm mərkəzi” alyansının iştirakı ilə təmsil olunacaq.

Özündə 12 tibbi klinikanı birləşdirən “Baltik Care” alyansı Latviyada, Avropa və MDB ölkələrində uğurlu fəaliyyəti ilə tanınır.