Beynəlxalq səyyahlar İstisuda

beynelxalq-seyyahlar-istisuda
Oxunma sayı: 2243

İşğaldan azad edilmiş ərazilərimizdə səfərdə olan beynəlxalq səyyahlar səyyahlar qrupu fevralın 5-də Kəlbəcərə gəlib, rayonun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.

“Qafqazinfo” xəbər verir ki, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.

Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.