Ötən ilin yekunlarına görə “Beynəlxalq Sığorta Şirkəti” 1 milyon manatdan artıq xalis mənfəət əldə edib.
Şirkətdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, mənfəət sığorta haqları üzrə ümumi yığımın 11 milyon manat həddində olması fonunda əldə edilib.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti 2015-ci ildə xarici iqtisadi konyunkturanın mənfi təsirlərinə baxmayaraq, ildə 1 milyon həddində xalis mənfəət əldə olunması ənənəsinə sadiq qalıb.
Son xəbərlər
Son Xəbərlər