Beynəlxalq Sığorta Şirkəti də 2015-ci ilin yekunlarına görə bitən il üzrə maliyyə hesabatlarını təqdim edib.
Hesabat ilində Şirkətin sığorta haqları üzrə ümumi yığımı 11.240.200 manat olub ki, bunun da 11.073.942 manatı birbaşa sığorta üzrə, 166.258 manatı təkrarsığorta üzrə olub. 2015-ci ildə Şirkət müştərilərinə 4.138.548 manat sığorta ödənişi verib. Ötən ildə xarici iqtisadi konyunkturanın mənfi təsirlərinə baxmayaraq Şirkət, 1.118.700 manat xalis mənfəət əldə edib.
Qeyd etmək lazımdır ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.
Son xəbərlər
Son Xəbərlər