Beynəlxalq Sığorta Şirkəti tenderin qalibi oldu

beynelxalq-sigorta-sirketi-tenderin-qalibi-oldu
Oxunma sayı: 1033

“Beynəlxalq Sığorta Şirkəti” ASC Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC tərəfindən keçirilən tenderin qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, şirkət "Aqrolizinq"in aldığı 5 min baş cins mal-qaranı və mineral gübrələri sığortalayacaq. Cins mal-qaranın sığortalanması üçün imzalanacaq sığorta müqaviləsinin sığorta haqqı 1 milyon 211 854 manat olacaq. Mineral gübrənin sığortalanması üzrə isə sığorta haqqı 100.343 manat təşkil edəcək.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmişdir. 2012-ci ildə sığorta fəaliyyətinə müddətsiz lisenziya almış şirkət hazırda müştərilərə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.