Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyində ciddi dəyişiklik

beynelxalq-sigorta-sirketinin-rehberliyinde-ciddi-deyisiklik
Oxunma sayı: 1874

Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyindəki dəyişikliklər nəticəsində şirkəti bir sıra əməkdaş tərk edib.

QafqazinfoTrend-ə istinadən xəbər verir ki, İdarə heyətinin tərkibini sədrin birinci müavini Nərmin Muradova və İdarə heyətinin üzvü, İcra aparatının rəhbəri Nihad Cəlilov tərk ediblər.

Bundan başqa, Qeysər Səfərəliyev və Elxan Abbasov Təftiş komissiyasının tərkibindən çıxıblar. Komissiyada yalnız sədr Elşən Quliyev qalıb.

Hazırda şirkətin İdarə heyətinin tərkibinə sədr Məmmədsadıx Məmmədov, müavinlər İlham Ağayev və Rəhim Zəkiyev daxildirlər.