Bakıda beynəlxalq şirkətin adından istifadə edərək kredit götürən şəxslə bağlı cinayət işi açılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xətai rayonunda baş verib.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Vüsal Qurbanov 2014-cü ilin avqust ayında “NBC Bank”ın Xətai filialına kredit üçün müraciət edib. O, “Caspian Support Solutions Services” LTD şirkətinə aid saxta arayış təqdim edərək 2 min manat kredit götürüb və bu günə kimi heç bir ödəniş etməyib. Saxta arayışda V.Qurbanovun həmin şirkətdə işlədiyi qeyd olunub.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi açılıb.
Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər