Beynəlxalq uçuşlarla bağlı proqram hazırdır

Beynəlxalq uçuşlarla bağlı proqram hazırdır
Oxunma sayı: 4289

“Rusiya-Azərbaycan sərhədində Azərbaycan vətəndaşlarının toplanması haqda məlumat var”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

O deyib ki, bununla bağlı hər iki ölkənin rəsmi qurumları qarşılıqlı işləyirlər: 

“Gələn həftədə evegedirem portalında qeydiyyatdan keçənlərin növbəti reyslə gətirilməsi nəzərdə tutulub. Hər bir vətəndaş həmin portalda qeydiyyatdan keçməlidir. Bütövlükdə, sərhədlərin açılması və beynəlxalq uçuşlarla bağlı proqram hazırlanıb. Buna görə də vətəndaşlar narahat olmasın. Bu proqramda hansı ölkələrə, nə zaman olması qeyd olunacaq. Yaxın günlərdə bu proqram elan olunacaq. Hazırlanma prosesinin iyunun 15-dək çəkməsi gözlənilir. Bu gün saat 8-də İstanbuldan təyyarə ilə vətəndaşlarımız gətiriləcək”.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi