Eynulla Fətullayev Mirşahini duelə çağırdı

eynulla-fetullayev-mirsahini-duele-cagirdi
Oxunma sayı: 733

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında jurnalist Eynulla Fətullayev bildirib. Jurnalist bildirib ki, Mirşahinin onun ittihamlarına cavabı absurddur: “Bu adam gec-tez üzr istəyəcək. Ancaq bunu nə qədər tez eləsə bir o qədər yaxşıdır. Qoy o, gəlsin “Qafqazinfo”ya və oturaq üz-üzə, gücü çatırsa, mənə sübut eləsin. Əgər sübut eləsə, mən onun dedikləri ilə razıyam, yox eləməsə...”

Mirşahin Ağayev isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, belə bir debata hazırdır: “Amma Eynulla Fətullayev Xocalı qətliamı ilə bağlı işlətdiyi ifadələrə görə Azərbaycan xalqı qarşısında üzr istəyib öz legitimliyini bərpa etsin. Ondan sonra onunla istənilən yerdə debatda iştirak edərəm”.