Eynulla Fətullayev yenidən Avropada

eynulla-fetullayev-yeniden-avropada-
Oxunma sayı: 685

“Qafqazinfo”nun məlumatına görə, 11 sentyabr terror hadisəsinin 10 illiyinə həsr olunan konfrans dünya təhlükəsizliyinin təmin edilməsi barəsində müzakirə açacaq. Tədbirdə məruzəçi qismində Avropa İttifaqı Komissiyasının Avstriya üzrə rəhbəri Rixard Kuner, ATƏT-in Söz Azadlığı üzrə komissarı Dunya Myatoviç, Avstriyanın Sərhədsiz Reportyorlar Təşkilatının prezidenti Rubina Möhrinq, ABŞ-ın ATƏT-dəki rəhbəri İan Kelli iştirak edəcəklər. Konfransda Azərbaycanı keçmiş vicdan məhbusu, “İnsan Haqları Uğrunda” İctimai Hərəkatın rəhbəri Eynulla Fətullayev təmsil edəcək.

Eynulla Fətullayev tədbirdə “Təhlükəsizlikdə jurnalistikanın və internetin rolu” mövzusunda məruzə edəcək.

“İnsan Haqları Uğrunda” İctimai Hərəkatından verilən məlumata görə, konfransda Avropanın və ABŞ-nın bir çox nüfuzlu şəxsləri, alimlər, ictimai xadimlər və media üzrə ekspertlər iştirak edəcək.