Eynulla Fətullayevin toyu- “Monte Kristo”da

eynulla-fetullayevin-toyu-monte-kristoda-
Oxunma sayı: 738

1976-cı ildə Bakıda anadan olan Eynulla Fətullayev jurnalist fəaliyyəti boyunca “İstiqlal” qəzetində, ANS televiziyasında, “Monitor” jurnalında çalışıb. 2005-ci ildə “Realnı Azerbaydjan”, “Gündəlik Azərbaycan” qəzetlərini və “Azerbaydjan v mire” jurnalını yaradıb. Hazırda bu nəşrlər fəaliyyət göstərmir.

Eynulla Fətullayev 2007-ci ildən ayrı-ayrı üç hökmlə həbsdə olub. Bu il mayın 26-da əfvə düşüb.

Həbsdən çıxandan sonra “İnsan Haqları Uğrunda” İctimai Hərəkat təsis edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, jurnalistin toyu “Monte Kristo” restoranında olacaq. Həbsdən yeni çıxan jurnalistin toyu məhz bu arenada keçirməsinin məxsusi mənasının olduğu bildirilir.

Qeyd edək ki, toyu kimlərin idarə edəcəyini də öyrənmişik. Belə ki, Fətullayev ölkədə çoxlu sayda şoru-biznes adamları içərisindən öz seçimini belə edib. Toyu “Şeron” qrupu idarə edəcək. Bundan başqa, toyda həmçinin Eyyub Yaqubov və digər məşhur sənətçilər olacaq. Qonaqların sayı isə məhdud saydadır.