Beyonse metronun 1 saat artıq işləməsi üçün 100 min dollar ödədi

beyonse-metronun-1-saat-artiq-islemesi-ucun-100-min-dollar-odedi
Oxunma sayı: 4407

Dünyaca məşhur müğənni Beyonse Vaşinqton metrosunun iş qrafikini bir saat uzatmaq üçün 100 min dollar ödəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən  xəbər verir ki, ifaçının Vaşinqtondakı konserti əlverişsiz hava şəraiti səbəbindən iki saata yaxın təxirə salınıb.

Konsertinə gələn tamaşaçılarının evə metro ilə çatması üçün ifaçı əlavə olaraq metronun iş saatını ödəyib. 

Qeyd edək ki, Beyonse hazırda “Renaissance” adlı dünya turuna çıxıb.