Beyonsun ərindən şok açıqlama - “Anam lezbiyandır...”

beyonsun-erinden-sok-aciqlama
Oxunma sayı: 792

Pop ulduz Beyonsun əri, amerikalı repçi Jay Z anasının cinsi azlıq nümayəndəsi olduğunu etiraf edib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı ifaçı “Smile” adlı mahnısının Gloria Carterə həsr edib. 

Bəstənin sözlərində 4 övlad anası olan Glorianın lezbiyan olduğu qeyd edilib. Jay Z deyib ki, anası uzun müddət homoseksual olduğunu gizlədib:

“Anamın 4 övladı var, o bir lezbiyandır. Uzun müddət teatr aktrisası kimi rol oynamaq məcburiyyətində qalıb.  Özünü şkafa gizlətmişdi, hər şeyin yaxşı olacağına inanırdı. Kütlə, utanc və acı çox idi. O başqasını sevəndə mən göz yaşlarımı axıtdım. Onun kişi, və yaxud qadın sevməyinin mənim üçün fərqi yoxdur”.