Beyrut limanının administrasiyası ev dustağı edilib

beyrut-limaninin-administrasiyasi-ev-dustagi-edilib
Oxunma sayı: 2509

Çərşənbə axşamı günü baş vermiş partlayışa görə konkret vəzifəli şəxslər məsuliyyətə cəlb olunmayana qədər Livan hökuməti Beyrut limanının bütün administrasiyasını ev dustaqlığına yerləşdirmək qərarına gəlib.

“Qafqazinfo” bildirir ki, bu barədə “LBC” telekanalı xəbər verib.

Müvafiq qərar Nazirlər Kabinetinin fövqəladə iclasında qəbul edilib. Onun yerinə yetirilməsi orduya həvalə edilib.