Beyrutdakı partlayışda 6 Türkiyə vətəndaşı yaralanıb

beyrutdaki-partlayisda-6-turkiye-vetendasi-yaralanib
Oxunma sayı: 848

Ötən gün Beyrutda baş vermiş partlayış nəticəsində yaralanan Türkiyə vətəndaşlarının sayı 6-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu tvitter hesabında açıqlama verib.

“Livandakı partlayışda yaralanan vətəndaşlarımızın sayı 6-ya çatıb. Onlardan 5-i yüngül xəsarətlər alıb. Əməliyyat olunan vətəndaşımızın vəziyyəti isə yaxşıya doğru gedir. Ailələri ilə əlaqədəyik”,- deyə nazir açıqlamasında bildirib.

Bundan əlavə, Ermənistan XİN-in məlumatına görə, partlayış nəticəsində 6 erməni ölüb, təxminən 100-ü xəsarət alıb.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda pirotexniki anbarda baş verən partlayış nəticəsində 100-dən çox insan həlak olub, 4000 mindən çox insan xəsarət alıb.