Beyrutdakı partlayışdan sonra 60-dan çox insan itkin düşüb

Beyrutdakı partlayışdan sonra 60-dan çox insan itkin düşüb
Oxunma sayı: 1609

Beyrut limanında baş verən partlayışdan sonra 60-dan çox insanın itkin düşdüyü bildirilir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama yayıb:"Ölənlərin sayı 154 nəfərdir, bunlardan 25-nin şəxsiyyəti hələ də müəyyən edilməyib. Bundan əlavə, 60-dan çox insan itkin düşüb". Yaralıların ən az 120-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, avqustun 4-ü Beyrut limanında güclü partlayış baş verib. Beyrut qubernatoru Marvan Abbud partlayışdan şəhərə dəyən zərərin 15 milyard dollar məbləğində qiymətləndirilə biləcəyini qeyd etmişdi.