Beyrutdakı partlayışla bağlı uğursuz zarafatı tənqid edildi

beyrutdaki-partlayisla-bagli-ugursuz-zarafati-tenqid-edildi
Oxunma sayı: 3778

Məşhur reper 50 cent Beyrutda baş vermiş partlayışla bağlı son dərəcə uğursuz zarafatına görə tənqidə məruz qalıb. “Qafqazinfo” bildirir ki, o, instaqramda bu faciəvi hadisəyə aid  paylaşım edib.

Musiqiçi sosial şəbəkə hesabında partlayışın videosunu yerləşdirib və paylaşımda instaqramda piarını apardığı iki alkoqollu içkinin adını həştəq olaraq qeyd edib.  

50 cent-in bu ideyası izləyicilərin xoşuna gəlməyib. Onlardan biri reperdən mərhumlara hörmətlə yanaşmağı xahiş edib.

“Bu, özündən kloun düzəltmək üçün bəhanə deyil”, - digər istifadəçi ona yazıb.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında güclü partlayışlar baş verib. Ən son məlumata görə, 137 nəfər vəfat edib, 5 minə yaxın şəxs zərər çəkib, onlarla insan itkin düşmüş sayılır.