Beytmen ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu dedi

beytmen-olkemize-sefir-teyin-olunmasindan-memnun-oldugunu-dedi
Oxunma sayı: 682

Etimadnaməsinin surətini təqdim edən P.Beytmen ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd etmişdir. O, ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusi ilə iqtisadi və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan – Böyük Britaniya əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini vurğulamışdır.

Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə britaniyalı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilmişdir.