Bəzən belə faciə də olur...

bezen-bele-facie-de-olur
Oxunma sayı: 3254


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da yaşayan Kelli Mayhev evə gedən zaman tanış olduğu bir qadın onu estetik əməliyyat üçün razı salıb. Növbəti gün Kelli anası ilə lisenziyası olmayan bir həkimin evinə əməliyyat olmaq üçün gedib. Əməliyyat zamanı nəfəsalma problemləri yaşayan qadın xəstəxanaya aparılan zaman yolda vəfat edib. Həkim isə hadisə yerindən qaçıb. 

Kellinin anası yolda tanış olduqları qadına zəng etsə də, telefonu açan olmayıb. Polis qadın və həkimin axtarışındadır.

Qeyd edək ki, Kelli Mayhev əvvəllər də 5 dəfə estetik əməliyyatı olunub.