“Bəzən emosiyaları saxlaya bilmirik” - Tite

bezen-emosiyalari-saxlaya-bilmirik
Oxunma sayı: 1179

Braziliya millisinin baş məşqçisi Tite dünya çempionatının 1/8 final mərhələsində Meksika üzərindəki 2:0 hesablı qalibiyyəti şərh edib.

“Qafqazinfo” xəbər verir ki, cənubi amerikalı məşqçi rəqib məşqçini tərifləyib.

O, həmçinin Neymara yönələn tənqidlərə cavab verib: “Osorio əla komanda yaradıb. O, işinin peşəkarıdır. Bəzən emosiyalarımızı saxlaya bilmirik. Bu normaldır. Onun dediyi Neymarın epizodunu görmüşəm.

Futbolçu onun ayağını tapdalamışdı. Neymar futbol oynamaq istəyir. Lakin ona men olmağa çalışırlar. O, getdikcə artırır. Üç ay yarım futbol oynamadı. Bu böyük təsirdir. Bu cür böyük futbolçu formasını yığmaq üçün 4-5 ağır oyun keçirməlidir. Keçən oyunda Neymar yaxşı oynamışdı. Bu gün özünü göstərdi. Onun futbol oynamaq xoşuna gəlir. Bəzən futbolçuların diqqətini yayındırır və bu, zövqlüdür”.