“Bəzən pozitiv nəticəsi olan vətəndaş yoluxdurucu olmur”

bezen-pozitiv-neticesi-olan-vetendas-yoluxdurucu-olmur
Oxunma sayı: 2494

“Bəzi şəxslər tam sağaldıqdan sonra virus genetik materialı qaldığı üçün onlarda pozitivlik aşkarlana bilir. Ancaq yoluxucu olmurlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib. 

O qeyd edib ki, xəstəlik keçirmiş insanlarda immunitet yaranır: “Onlar izolyasiyanı bitirdikdən sonra işlərinə qayıda bilir. Tibbi olaraq izolyasiya müddəti bitdikdən sonra vətəndaşdan test tələb olunması doğru deyil”. 

Günel Türksoy