“Bəzən qazilər yardımımızı qəbul etmir” - TƏBİB

bezen-qaziler-yardimimizi-qebul-etmir
Oxunma sayı: 2106

“Hazırda Türkiyənin ixtisaslaşmış psixoloqları ilə intiharlarla bağlı təlimlərə başlanılıb”.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı TƏBİB tərəfindən jurnalistlər üçün keçirilən “Medianın psixi sağlamlıqda rolu” mövzusunda təlimdə deyib.

O bildirib ki, bundan sonra Təhsil Nazirliyi ilə birgə məktəblərdə, həmçinin hərbçilərlə əlaqədar müəyyən tədbirlərin keçirilməsi planlaşdırılır: “Ətrafdakılar intihar düşüncəsi olanları necə yönləndirə biləcəyi ilə bağlı məlumatlı olmalıdır. Bəzən ətrafda yanlış yanaşma olduğu üçün intihar halları arta bilir. Koordinasiya halında çalışmaq belə hallarda ən vacib məsələdir. Hazırda Səhiyyə Nazirliyi, ƏƏSMN, “YAŞAT” Fondu ilə sıx əlaqədə çalışırıq”.

N. Osmanlı qeyd edib ki, Vətən müharibəsi dövründə regionlarda 19 xəstəxanada yaralılara psixoloji yardım göstərilib:

Həmin müddətdə ümumilikdə 3 316 yaralıya psixoloji dəstək olunub. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər”.

Mütəxəssisin sözlərinə görə, regionlarda mart ayından iyula qədər 353 şəhid ailəsi üzvlərinə, 686 hərbçiyə, 156 terror qurbanına psixoloji dəstək göstərilib.