“Bəzən sadəcə bircə söz bir insanın həyatını dəyişə bilər...”

bezen-sadece-birce-soz-bir-insanin-heyatini-deyise-biler
Oxunma sayı: 905


“Qafqazinfo” həmin yazını təqdim edir:

“Ətrafımızdakı insanlara hər zaman onların çox önəmli olduqlarını söyləmək bəzən onların, bizim həyatımızda o qədər çox şeyləri dəyişdirə bilir ki... Sadə bir kəlmənin bəzən o qədər böyük bir gücü olur ki... Amma bir çoxlarımız bunun fərqində deyilik...

Nyu-Yorkda yaşayan bir müəllim liseyin son sinif şagirdlərinin digər insanlardan fərqli olan özəlliklərini vurğulayaraq qiymətləndirmək qərarını vermişdi. Hər bir şagirdi bir-bir yazı taxtasına qaldırdı. İlk öncə şagirdlərə sinif və özü üçün nə qədər fərqli olduqlarını bildirdi. Sonra hər birinə üzərində qızıl hərflərlə “Siz çox önəmlisiniz” yazılı bir mavi lent verdi. Daha sonra qəbul görmənin toplum üzərində hansı təsirləri olacağını anlaya bilmək məqsədilə sinfinə bir layihə hazırlamağı tapşırdı. Hər bir şagirdinə daha üç dənə lent verdi, onlardan bu mərasimi əyani şəkildə davam etdirmələrini istədi. Şagirdlər daha sonra nəticələri izləyəcək, kimin kimi şərəfləndirdiyini təsbit edəcək, bir həftə boyunca sinfə bilgi verəcəklərdi.

Uşaqlardan biri gələcəkdəki karyera çalışmaları üçün ona yardımçı olduğundan yaxınlıqdakı bir şirkətin üst səviyyəli vəzifəlisini şərəfləndirmişdi. Adamın yaxasına mavi lenti taxmışdı. Daha sonra iki dənə də lent vermiş və “Sinifdə bu mövzuda bir layihəmiz var. Sizdən şərəfləndiməyiniz üçün birini tapmağınızı istəyirik. Şərəfləndirdiyiniz insanlara ekstra lent də verin. Beləliklə, onlar da bu layihənin davam etməsi üçün başqalarını da tapa bilərlər. Daha sonra, lütfən, mənə nəticələri ilə bağlı bilgi verin...”

O gün üst səviyyə idarəçisi üzsüz biri olaraq bilinən müdirinin yanına getməyə qərar verdi. Müdirinin otağına daxil oldu və müdirinə yaradıcı bir dahi olduğundan onu təqdir etdiyini söylədi. Müdir heyrət içində idi. Müdirinə yaxasına mavi lenti taxması üçün iznini istədi. Təəccüblənən müdir “Təbii ki..!” cavabını verdi. Üst səviyyə idarəçi mavi lenti müdirinin tam ürəyinin üstündən, pencəyinə taxdı. Ekstra...