“Bəzi ailələrin əlillik müavinətindən başqa gəliri yoxdur”

“Bəzi ailələrin əlillik müavinətindən başqa gəliri yoxdur”
Oxunma sayı: 881

“Əlilliyin müəyyən edilməsində 31-60 faiz heç də üçüncü, 61-80 faiz ikinci , 81-100 faiz üçüncü dərəcə əlilliyə müvafiq deyil. Biz daha çox tibbi xarakter daşıyan modeldən, sosial xarakter daşıyan modelə yönəlməliyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentdə deyib. O qeyd edib ki, əlilliyi olan şəxslərin müdafiəsi üçün qanunda işləməyən maddələri hərəkətə gətirmək istiqamətində addımlar atılmalıdır: “Əlillərin işlə təmin edilməsi, xüsusilə - şəhid ailələri və qazilərin məsələsi istiqamətində addım atılmalıdır. Saxta əlilliklə bağlı rəqəmlərin müxtəlif olması göstərir ki, nazirliyin özündə bu haqda konkret təsəvvür yoxdur. Saxta əlilliyi alanla saxta əlilliyi verən arasında uyğunsuzluq olması həmin maddənin də işləmədiyi anlamına gəlir.

Saxta əlilliklər ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanın haqqı tapdanıb. Bəzi ailələrdə əlillik müavinətindən başqa heç bir gəlir yoxdur. Bunun cavabını kim verəcək? Bu məsələni həll etmək üçün qanunda bir maddə var ki, ona istinad edə bilərik. Qanunun monitorinqlərə aid maddəsi işləsə, ictimaiyyətin iştirakı ilə monitorinqlərin keçirilməsində hansı tərəfin haqlı-haqsız olması istiqamətində ciddi işlər görülə bilər”.

Günel Türksoy