“Qafqazinfo” xəbər verir ki, konfrasda adıçəkilən rəsmi şəxslər jurnalistlərin suallarını cavablandırıblar. Al Cəzirə telekanalının jurnalistinin “Beynəlxalq ictimaiyyət siyasi məhbusları azad etməyə çağırmışdı. Azərbaycan onları azad edəcəkmi?” sualına cavab olaraq Ə. Həsənov deyib ki, son zamanlar bəzi qərb dövlətləri, qərbyönlü QHT-lər Azərbaycanda insan haqlarının, söz və mətbuat azadlığının pozulması ilə bağlı fikir səsləndirirlər: “Onlar təlqin etməyə çalışırlar ki, Azərbaycanda siyasi məhbus var. Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür. Bu isə o deməkdir ki, ölkəmizdə Avropa məhkəməsinin qərarları birbaşa olaraq keçir. Əgər kimsə çıxarılan qərarlardan narazıdırsa, Avropa Məhkəməsinə müraciət edə bilər. Bir daha təkrar edirəm Azərbaycanda siyasi məhbus yoxdur”.
Əli Həsənov həmçinin bildirib ki, Avropa Oyunları bəzi dairələr tərəfindən ciddi-cəhdlə siyasiləşdirilməyə çalışılır. "Son vaxtlar bəzi dairələr prezident İlham Əliyevin iradəsinə fərqli-fərqli subyektiv mülahizələrə görə təsir etməyə, yönləndirməyə çalışırlar. Anti-Azərbaycan platforması formalaşdıraraq sistemli şəkildə anti-Azərbaycan fəaliyyəti göstərirlər. Bu həm bəzi Avropa dövlətlərinin, ABŞ-ı təmsil edən QHT-lərin, Avropa Patlamentinin, Avropa Şurasının bir sıra hüquq-müdafiə təşkilatlarının fəaliyyətində özünü göstərir”.
Son xəbərlər
Son Xəbərlər