“Bəzi dövlətlər səfər edənləri karantinə alacaq”

bezi-dovletler-sefer-edenleri-karantine-alacaq
Oxunma sayı: 2240

“Uçuş qaydaları bu gün artıq hökumət tərəfindən təsdiqlənib”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib. 

O bildirib ki, digər ölkələrdən irəli sürülən tələblər də var: “Biz onların üzərində işləyirik. Bəzi dövlətlər deyir ki, sərnişinlər səfər zamanı karantinə alınacaq. Amma karantin xərclərinin kimin üzərində olacağı ilə bağlı dəqiq qərar yoxdur. Bəzi dövlətlər koronavirus pasportu tələb edəcəklərini bildiriblər, amma bu pasportun necə olacağı bəlli deyil”. 

Murad Əhməd