Azərbaycanda sentyabrın 2-si saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib.
Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Altıağacda 18 m/s, Xaçmazda 17 m/s, Qubada 12 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 38, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.