“Bəzi ərazilərdə lokal problemlər qalıb”

bezi-erazilerde-lokal-problemler-qalib
Oxunma sayı: 1979

Artıq Yasamal, Binəqədi  və Nərimanov rayonun böyük hissəsinə, Nəsimi rayonun bəzi hissələrinə, Pirallahı rayonuna isə tam olaraq suyun verilişi bərpa edilib. 

Bu barədə “Qafqazinfo”ya “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində 25 quyunun fəaliyyəti bərpa edilib və kəmərə su buraxılıb: “Məqsədimiz ondan ibarətdir ki, axşama kimi su almayan yerləri də suyla təmin edək. Hansısa ərazilərdə lokal problemlər qala bilər. Ancaq onlar da həllini tapacaq”.

Günel Türksoy