Bəzi ərazilərə yağış yağır, şimşək çaxır - Faktiki hava+Yenilənib

bezi-erazilere-yagis-yagir-simsek-caxir
Oxunma sayı: 3024

Azərbaycanda faktiki hava açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 28-i saat 10:00-a olan məlumata görə, öncədən xəbər verildiyi kimi bölgələrdə qeyri-sabit hava şəraiti davam edir. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.  Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Zaqatalada 72 mm,  Balakəndə 62 mm, Gədəbəydə 54 mm, Qaxda 39 mm, Göygöldə 33 mm, Şəkidə 31 mm, Yardımlı, Xınalıqda 21 mm, Tovuzda 20 mm, Qrızda 19 mm, Gəncədə 18 mm, Lerik, Şəmkirdə 17 mm, Lənkəranda 15 mm, Şahdağda 14 mm, Daşkəsəndə 13 mm, Qusar, Ceyrançöl, Oğuz, Ağstafa, Astara, Naftalan, Mingəçevir, Quba, Qəbələ, Yevlax, Goranboy, Xaçmaz, Göyçay, Tovuz, Tərtər, Bərdədə 11 mm-dək təşkil edib.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Şirvanda 16 m/s, Cəlilabadda 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib.

***

Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 16:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. 

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Xınalıq, Qrız, Şahdağ, Bərdə, Tərtər, Göyçay, Şirvan, Yevlax, Mingəçevir, İmişli, Yarımlı, Lerik, Lənkəran, Astarada  arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.  

Şimal-qərb küləyi güclənərək sarı xəbərdarlığa uyğun olaraq Hacıqabulda 15 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 21 m/s-yə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29,  Aran rayonlarında 28, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti olub.