“Bəzi ermənilər azərbaycanlılarla bir yerdə sülh şəraitində yaşamaq istəyirlər”

bezi-ermeniler-azerbaycanlilarla-bir-yerde-sulh-seraitinde-yasamaq-isteyirler
Oxunma sayı: 1225

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətini ən yaxından izləyənlər sırasında Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də vardır. Təqdirəlayiq haldır ki, bəzi erməni sakinləri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına müraciət edərək bizimlə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, Azərbaycanın Konstitusiyasına uyğun şəkildə bir yerdə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev parlamentin bu gün keçirilən iclasında deyib. T.Gəncəliyev həmin ermənilərə müraciət edərək bildirib ki, onlar özləri kimi rasional düşünən digər erməni sakinləri öz ətraflarında birləşdirməli və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə tezliklə Azərbaycanın və Dağlıq Qarabağ bölgəsində birlikdə sülh şəraitində yaşamaq üçün hərəkətə keçməli, işğalçı Ermənistan qüvvələrini, işğalçı rejimin ordakı mövcudluğuna son qoymalıdırlar:

“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyəti son dövrlər qarşı tərəfdə qıcıq doğurur. Bu da təəccüblü deyil. Biz istər Ermənistan, istərsə də işğalçı rejimin təxribatçı bəyanatlarının şahidi olmuşuq”.

 Günel Türksoy