Bəzi ərzaq məhsulları ƏDV-dən azad edildi

bezi-erzaq-mehsullari-edv-den-azad-edildi
Oxunma sayı: 4766

Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsullar ƏDV-dən müddətli azad ediləcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə iqtisadiyyata dəstək proqramında qeyd edilib. Həmçinin bildirilir ki, əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Bundan əlavə, fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılacaq.