Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Bakı”nın hücumçusu Nurlan Novruzov deyib. O, Topaz Premyer Liqasının 28-ci turunda “Qarabağ”la 1:1-lik heç-heçə etdikləri matçdan danışıb.
O, həmçinin oyundan əvvəl baş verənlərə aydınlıq gətirib: “Məşq etməməyimizə baxmayaraq layiqli mübarizə apardıq. Heç də zəif oynamadıq. Bu, əsl xarakter idi. Oyundan əvvəl baş verənləri mən də tam anlaya bilmirəm. Onlar bir daha gördü ki, bizim komandanı dağıtmaq qeyri-mümkündür. Biz məşqlərə çıxmadıq, ancaq oyuna çıxdıq. Səbəb isə odur ki, klubun sahibi Hafiz Məmmədova zərbə vura bilmərik. Bizi əsəbiləşdirən Hafiz müəllimin bizə ayırdığı pulu ala bilməməyimizdir. Belə şey olar? Qaldı ki, baş məşqçi məsələsinə komandanı İbrahim Uzunca tək qoymadı. Biz dünən ona görə oynadıq və qazandığımız bir xalı Hafiz Məmmədov, vitse-prezident Zeynal Məmmədov və İbrahim Uzuncaya hədiyyə edirik".
Elsevər
Son xəbərlər
Son Xəbərlər