Bəzi küçə və prospektlərdə sıxlıq yaranıb

bezi-kuce-ve-prospektlerde-sixliq-yaranib
Oxunma sayı: 1255

Hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin çoxluğu müşahidə olunur. Bu səbəbdən yollarda sıxlıq yaranıb. 

Bu barədə "Qafqazinfo"ya Bakı Nəqliyyat Aagentliyindən (BNA) bildirilib.

Qeyd olunub ki, Ş.İ.Xətai prospekti-H.Əliyev prospekti istiqaməti, Tbilisi prospekti-hər iki istiqamət, M. Useynov-hər iki istiqamət, Z.Bünyadov-20 Yanvar dairəsi istiqaməti, Binəqədi şosesi-Binəqədi qəsəbəsi istiqaməti, Babək prospekti-H.Əliyev prospekti istiqaməti, K.Rəhimov küçəsi- Ş.İ.Xətai prospekti, A.Bakıxanov küçəsində sıxlıq müşahidə olunub.

Sıxlıq səbəbindən qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm və ekspres marşrutlar üzrə avtobusların intervalında gecikmələr var.