- Özünüzü postmodernist yazar hesab edirsiz?
- Düzünə qalarsa, nədənsə yazmağa başlayanda əsərin əvvəlini necə qurub, sonunu necə qurtaracağımı düşünmürəm.Sadəcə əsərin məzmunu olacaq ümumi atmosfer formalaşır və mən yazdıqca hadisələr özü-özünə həmin qurduğum bu atmosferə uyğun olaraq formalaşır. Sonda isə əksər yazılarımda postmodernizmin izlərini görürəm.Yəni dövrümüzün küyünə düşüb özümü sırf bu cür yazmağa məcbur etmirəm, hər şey şüurumdakı axına uyğun formalaşır və bu axın nə vaxtsa dəyişib özünü başqa yöndən də göstərə bilər.
- Necə düşünürsüz postmodernizm hamıdan fərqlənməkdir?
-Çoxları postmodernizmin yaranmağını on doqquz – iyirminci əsirlərə aid edir, amma mənə görə hər hansı məqsəd uğrunda inkişaf varsa, daşlaşmış, insan nəslinə ümumi məqsədlərə çatmaqda maneçilik edən ənənələri suya çevirib axıcılıq gətirən inqilablar varsa, demək hər zaman postmodernizim mövcud olub.Özü də tək ədəbiyyatda yox, bütün sahələrdə. Mənə görə postmodernizmin mövcud olması üçün ümumi məqsədlər olmalıdır və bu məqsədlərə doğru atılmış addımla getdikcə təkmilləşməlidir. Misal üçün siz hər hansı bir ünvana çatmaq üçün piyada getməyi düşünürsüz, daha sonra fikirləşirsiz ki,maşınla getmək daha yaxşı olar, üçüncü halda isə sizi ünvana gözünüzü yumub – açacağınız müddətdə çatdıracaq bir nəysə olsaydı daha gözəl olardı deyə düşünürsüz. Bax bu özü də postmodernizmdir. Siz məqsədləriniz üçün ənənəliyinizi dəf etməyə çalışarkən bütün bunlar baş verir. Siz ənənələrdən kənarlaşanda əlbəttə ki, fərqli görünəcəksiz. Amma postmodernizm yalnız fərqlilik deyil, bu fərqliliklə eyni zamanda məqsədə çatmaq üçün daha asan yolu seçməkdir.
-Postmodernistlərə Azərbaycanda şərait yaradılıb?
-Ədəbiyyat şəraitə baxmır. Düşünürəm ki,çətin vəziyyət insanı daha yaxşı,daha postmoderin mövzularda yazmağa yönəldir.Yəni şəraitsizliyin özü də münbit şəraitdi.
- Azərbaycanda kimləri postmodernist hesab edirsiz?
– Seymur Baycanı bəyənirəm.Bəzi mövzularda ifrata varıb lazımsız kəlmələr işlətsə də,əksər yazıları daşlaşmış kütləviliyə qarşıdır və səmimi görünür. Anarın “Ağ qoç,qara qoç” əsəri də Azərbaycan çevrəsində nümunə sayıla bilər. Dünya çapında isə Stiven Kinq çox heyrətamizdi.
- Ümumiyyətlə, postmodernist olaraq hansısa problemlərlə,qadağalarla üzləşmisiz?
- Siz postmodernist mövzularda yazmaq istəsəniz ənənələrə qarşı çıxmış sayılacaqsız. Cəmiyyət isə belə insanları xoşlamır,amma zaman ötdükcə qiymətləndirir. Bəzən belə yazarlar bir növ “öncəgörənlər”di.Onlar daha sonrakı cəmiyyəti öz ağıllarının hesabına görüb yaza bilirlər. Lakin bu yazılar elə olmalıdır ki, insanlara nifrət aşılamasın, onları aşağılamasın. Mülayim yazı dili ilə,bəzən cəmiyyətdəki boşluqları gülüş hədəfinə çevirərək yazmaq lazımdır. Bu zaman heç bir problem olmur.
Son xəbərlər
Son Xəbərlər