“Bəzi müəllimlər məktəbdə digər işlərlə məşğul olurlar”

bezi-muellimler-mektebde-diger-islerle-mesgul-olurlar
Oxunma sayı: 3160

Təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin yükünün çox olması ilə bağlı sualı cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, nazir bu gün keçirdiyi brifinqdə qeyd edib ki, bəzi hallarda müəllimlər məktəbdə birbaşa uşağın öyrənməsinə xidmət edən fəaliyyətlə deyil, digər inzibati işlərlə məşğul olurlar:

“Müəllimlərin bir qisminin məktəbdə zamanı idarəetmə, sinifdənkənar işi tənzimləmələri ilə bağlı təlimlərə ehtiyacı var. Müəllimlər dərsdən sonrakı saatlarda həmin işləri görə bilərlər ki, dərs zamanı səmərəli istifadə olunsun".

Gülnar Əliyeva