“Bəzi müğənnilər kimisə söyürlər...”

bezi-mugenniler-kimise-soyurler
Oxunma sayı: 1825


“Bəzi müğənnilər var ki, 15 ildir sənətdədir, lakin bir dəfə Azərbaycan, vətənpərvərlik haqda mahnı oxumayıb. Düşünürəm ki, onların qanı xarabdır. Şou-biznesdə manyak müğənnilər də var.  O gün Nura Suri onu sosial şəbəkədə narahat edən şəxsi tapdı və rəsmi xəbərdarlıq bildirdi. Məşhur adamdır, saxta profil yaradır. Girib  şəxsi məsələlərimizi orada yazırlar. Şou-biznesin öz mətbəxi var, bir-birimizin sirlərini bilirik. Toya çağrılmayan, işi –gücü olmayan bəzi müğənnilər restoran kabinetlərində oturub bizim haqqımızda mənfi rəylər yazırlar. Bəzi müğənnilər kimisə söyürlər, sonra da deyirlər ki, profilim oğurlanıb. Mən isə hər zaman sözümün arxasında dayanmışam”. 

Könül