“Konsert çox maraqlı keçdi. Əziyyəti olan hər kəsə təşəkkür edirəm. Bəzi həmkarlarım dəvət etməyimə baxmayaraq konsertdə iştirak etmədi. Bunu normal qarşıladım. Mən uğur əldə etmək istəyirəm, ürəyim istəyən həmkarlarım yanımda idi. Gəlməyən gəlməsin, incimirəm, sayıb dəvət etmişdim. Borclu borclunun sağlığını istəyər, gəlməyənlərin konsertinə də mən getməyəcəm. Hər zaman sayanın qulu, saymayanın ağası olmuşam. Allah onlara da konsert qismət etsin. Gəlib konsertimi ürəkağrısı ilə izləməkdənsə, gəlməməkləri yaxşıdır”.
Müğənni yaradıcılığındakı yeniliklərdən də danışıb:
“Yeni mahnılar yazdırıram. Musiqisi Ramal İsrafilov, sözləri Arzu Yahyayevaya aid “Dedilər ki...” mahnımı təqdim etdim. Mahnıya klip də çəkdirəcəm. Bu yay istirahət etmədim. İşlərimi bitirim, soyuq havalarda dincəlməyə vaxt ayıracam”.
Könül
Son xəbərlər
Son Xəbərlər